İDMAN


Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında bürünc medal qazanıb

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Polşanın Novı Tomısl şəhərində yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatında idmançımız İsmayıl Məmmədov yığmamızın aktivinə bürünc medal yazdırıb.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyində gənclər arasında ölkəmizi təmsil edən İsmayıl Məmmədov (50 kq) birdən 81 kiloqram, təkanla isə 93 kiloqram ağırlığın öhdəsindən gələrək cəmi 174 kiloqram nəticə ilə Avropa çempionatının bürünc medalını qazanıb.

Bu gün keçiriləcək yarışlarda Azərbaycan yığma komandasının daha üç üzvü - Səbinə Əzimova, Fuqan Əliyev və İsa Rüstəmov medallar uğurunda mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, ötən gün atletimiz Rüstəm Qasımov də Azərbaycanın aktivinə qitə birinciliyinin bürünc medalını yazdırmışdı.

Avropa çempionatına sentyabrın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.