ELM VƏ TEXNOLOGİYA


Azərbaycan alimi “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC 

“Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Nazilə Rəsulova “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomu ilə təltif olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, birölçülü olmayan elastodinamika məsələlərinin dəqiq, analitik həll metodlarının tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin riyaziyyat elminin inkişaf tarixində əvəzsiz xidmətlərinə görə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.