ELM VƏ TƏHSİL
Azərbaycan alimi Beynəlxalq tədbirdə sertifikata layiq görülüb
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Təmraz Təmrazov Türkiyənin Diyarbəkir şəhərində keçirilmiş “V Beynəlxalq toxumçuluq konfransı və sahələrarası biznes forumu”nun sertifikatına layiq görülüb.
Elmi İnnovasiyalar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dünyanın 20-dən çox ölkəsindən olan alim və mütəxəssislərin qatıldıqları Beynəlxalq tədbirə T. Təmrazov “Müxtəlif buğda genotiplərinin stress amillərə davamlılığının fizioloji-genetik əsasları” və “Müxtəlif buğda sortlarında CO2-nin yüksək konsentrasiyası nəticəsində fotosintez intensivliyinin dəyişməsi” mövzularında elmi məqalələrini təqdim edib.
Alimin bu uğuru münasibətilə oktyabrın 30-da Elmi İnnovasiyalar Mərkəzində mərasim keçirilib. Mərasimdə çıxış edənlər T. Təmrazovu təbrik edib, ona yeni nailiyyətlər arzulayıblar.