ELM VƏ TEXNOLOGİYA


Azərbaycan alimi “EaPEC 2016” konfransında çıxış edəcək

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Oktyabrın 6-7-də Gürcüstanın paytaxtı Tbilisidə “Şərq Tərəfdaşlığı ölkələrinin birinci elektron infrastruktur konfrans”ı (1st Eastern Partnership E-Infrastructure Conference - EaPEC 2016) keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev konfransda ölkəmizi təmsil edəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, R.Əliquliyev tədbirdə “Azərbaycanda elektron-elm: mövcud vəziyyət, imkanlar və perspektivlər” mövzusunda plenar məruzə ilə çıxış edəcək. Alimin “Şərq Tərəfdaşlığı üçün açıq elm və elektron-infrastruktur sahəsində imkanlar və problemlər” adlı paneldə də iştirakı nəzərdə tutulub.

“EaPEC 2016” Şərq Tərəfdaşlığı regionu və Avropa İttifaqına üzv ölkələr arasında elektron infrastrukturların inkişafına dəstək verilməsini nəzərdə tutan çoxtərəfli əməkdaşlıq platformasıdır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən elektron elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin iştirakı gözlənilir.

Qeyd edək ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu Avropa Komissiyasının maliyyələşdirdiyi və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect: Eastern Partnership Connect” layihəsinin iştirakçılarından biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.