ELM VƏ TƏHSİL
Azərbaycan alimi Fransada beynəlxalq tədbirdə məruzə edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin quyuların qazılmasının texnologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev iştirak edib.
Azərbaycan alimi konfransda “Qeyri-müəyyənlik şəraitində quyuların işinin səmərəliliyinin artırılması məqsədilə statistik təhlil və qərar qəbul edilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Almaniyanın Zigen, ABŞ-ın Texas universitetləri, həmçinin Fransa və Türkiyənin müvafiq elm qurumları tərəfindən təşkil olunmuş konfransa Kanada, Polşa, İran, Rusiya, Qazaxıstan və Özbəkistandan da alim və mütəxəssislər qatılıblar.
Beynəlxalq konfransda qeyri-səlis sistemlər və onların tətbiqi istiqamətlərində 35-ə yaxın məruzə dinlənilib, həmçinin stend nümayişlər təqdim edilib.