ELM VƏ TƏHSİL
Azərbaycan alimi Moskvada innovasiya konfransında iştirak edib
Bakı, 7 iyul, İbrahim Əsədov, AZƏRTAC
Moskva şəhərindəki Skolkovo İnnovasiya Mərkəzində “ОтУС yay məktəbi: Elm biznes kimi” mövzusunda gənclər üçün innovasiya konfransı keçirilib.
MDB-nin gənc alim və mütəxəssisləri şurası üzvlərinin iştirakı ilə keçirilən təbdir “Rossotrudniçestvo” agentliyi və Skolkovo Açıq Universiteti (Otkrıtıy universitet Skolkovo (ОтУС) tərəfindən təşkil edilib.
AMEA-nın İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda bu elm müəssisəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyev iştirak edib.
Tədbirin keçirilməsinin məqsədi Rusiyanın və MDB-nin elmi mərkəzlərində innovasiyaların sistemləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması üçün gənc alimlərindən ibarət kadr potensialının formalaşdırılması və digər məsələlər olub.