ELM VƏ TEXNOLOGİYA


Azərbaycan alimi Tayvan universitetində məruzə ilə çıxış edib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC 

Tayvanda uzunmüddətli elmi ezamiyyətdə olan, Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov Tayvan Milli Tsinq Hua Universitetinin kimya mühəndisliyi departamentində məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məruzədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın turizm imkanları və yerləri, həmçinin milli bayramlarımız və mətbəximiz haqqında məlumat verilib.

Sonra Ş.Tapdıqov AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun yaranma tarixi, əsas elmi istiqamətləri, son illərdəki elmi nailiyyətləri barədə danışıb, sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.