ELM VƏ TƏHSİL
Azərbaycan alimi Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyənin Samsun şəhərində elmi ezamiyyətdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim Canik bələdiyyəsinin və “History Studies” beynəlxalq dərgisinin birgə təşkilatçılığı ilə keçirilən “Şəhər və uşaq keçmişdən bugünümüzə” mövzusunda IV beynəlxalq simpoziumda iştirak edib.
Tədbirdə S.Nemətzadənin “Türk-islam əlyazmalarındakı miniatür rəsmlərdə şəhər və mədəniyyət” mövzusunda elmi məruzəsi dinlənilib.