CƏMİYYƏT


Azərbaycan alimi Yaponiyanın Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülüb

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin tətbiqi kimya və biokimya mərkəzində elmi ezamiyyətdə olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilib. F.Hacıyeva ezamiyyət müddətində yüksək tezlikli elektromaqnit dalğalarını udan maqnit nanokompozitlərin kompleks xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olub.

Eyni zamanda, iyirmi ölkədən olan layihə qalibləri üçün Tokio şəhərinin Tokai Universitetində təşkil edilən görüşdə azərbaycanlı alim BDU-da nanotexnologiyalar istiqamətində aparılan tədqiqat işləri barədə məruzə ilə çıxış edib.

Dosent F.Hacıyeva Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.