ELM VƏ TEXNOLOGİYA


Azərbaycan alimi beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev beynəlxalq “CAAI Transactions on Intelligence Technology” jurnalının redaksiya heyətinin üzvü seçilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, jurnal süni intellekt, verilənlərin intellektual analizi, intellektual şəbəkələr, mobil texnologiyalar, intellektual idarəetmə, robotlar və intellektual sistemlər kimi elmi istiqamətləri əhatə edir.

Qeyd edək ki, “CAAI Transactions on Intelligence Technology” dünyanın nüfuzlu “Elseiver” elmi bazasının nəşr etdiyi jurnallar siyahısındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.