ELM VƏ TEXNOLOGİYA


Azərbaycan alimi beynəlxalq tədbirdə çıxış edib

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tahirə Həsənzadə Türkiyənin Konya şəhərində keçirilən “Orta çağ islam dünyasında səyyahlar və səyahətnamələr” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə azərbaycanlı alimin “Osmanlı Türkiyəsi və Azərbaycan Qacarlar dövrü səfərnamələrində (Fərhad Mirzə Qacarın “Səfərnamə” əsəri əsasında)” mövzusunda məruzəsi dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.