ELM VƏ TƏHSİL
Azərbaycan aliminin məqaləsi Moskvada elmi jurnalda dərc olunub
Bakı, 17 sentyabr (AZƏRTAC). Moskvada nəşr olunan “Меteoroloqiya i qidroloqiya” jurnalının növbəti nömrəsində AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya elmləri doktoru Məhəmməd Abduyevin “Azərbaycanın dağ çaylarında suyun ion modulunun ərazi paylanması qanunauyğunluqları” sərlövhəli məqaləsi dərc edilib.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, məqalədə müəllif Lənkəran təbii vilayəti istisna olmaqla, respublikanın digər ərazilərində ion axımı modulunun şaquli istiqamətdə artdığını göstərir və alınmış M=f(H) əlaqələrindən istifadə etməklə kimyəvi axım üzərində müşahidələr aparılmayan çayların ion axımı modulunun təyin olunmasını təklif edir.