ELM VƏ TƏHSİL
Azərbaycan aliminin monoqrafiyası Almaniyada nəşr edilib
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Habil Qurbanovun “Cinayət əməllərini istisna edən hallar (müasirlik və gələcəyə baxış kontekstində” (“Obstoyatelstva, isklyuçayuşie prestupnost deyniya (V kontekste sovremennosti i vzqlyada v buduşee”) adlı monoqrafiyası Almaniyanın “Palmarium” nəşriyyatı tərəfindən rus dilində çap edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə cinayət hüququnun əsas problemlərindən, cinayət əməllərini istisna edən halların tədqiqi və analizindən bəhs olunur.
Eyni zamanda, kitabda cinayət əməllərini istisna edən hallara, tarixi aspektlərə, anlayışlara diqqət yetirilib.
Hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevin elmi redaktorluğu ilə nəşr olunan monoqrafiya mütəxəssislər, ali məktəblərin hüquq fakültəsinin müəllimləri, tələbə və doktorantlar üçün nəzərdə tutulub.