ELM VƏ TƏHSİL


Azərbaycan aliminin monoqrafiyası Moskvada nəşr olunub

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun ekoloji mikrobiologiya laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılovun “Neft hasilatının biotexnologiyası” monoqrafiyası Moskvada çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə biotexnologiyanın tətbiqinə aid materiallar təhlil olunub.

Kitab tədqiqatçılarda və praktik işçilərdə mövcud problemə qarşı maraq yaratmaq, ümumi fikir formalaşdırmaq üçün nəzərdə tutulub. Monoqrafiya əsasən müxtəlif tədqiqatların əsas istiqamətləri üçün yalnız baza olub, neft hasilatı biotexnologiyasının əsas prinsiplərini qiymətləndirməyə imkan verir.

Yeni nəşr yalnız neft mütəxəssisləri və mikrob biotexnologiyaları sahəsində işləyən mütəxəssislər üçün deyil, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.