ELM VƏ TƏHSİL
Azərbaycan aliminin tədqiqat işi Beynəlxalq tədbirdə maraqla qarşılanıb
Bakı, 21 noyabr, AZƏRTAC
AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova İsveçrə Qafqaz Araşdırmalar Mərkəzinin təşkil etdiyi Beynəlxalq tədbirdə iştirak edib.
Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, İsveçrənin Friburq Universitetində keçirilən tədbirdə “Cənubi Qafqazda din, millət və demokratiya” kitabının təqdimatı olub.
Kitabın “Din, millətçilik və təhsil” fəslinin bir hissəsinin müəllifi N. Gözəlovadır. Alimin tədqiqat işi böyük maraqla qarşılanıb.
Beynəlxalq tədbirdə görkəmli alimlər və tədqiqatçılar iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]