ELM VƏ TƏHSİL
Azərbaycan alimləri “Alqarış” qrant layihəsi üzrə qaliblər sırasında yer alıblar
Bakı, 1 iyun, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının hökuməti tərəfindən elan olunmuş “Alqarış” qrant layihəsi üzrə qaliblərin adları açıqlanıb.
Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədova qaliblər sırasında yer alıblar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan alimləri layihə çərçivəsində oktyabrın 23-dən 28-dək Kazan Milli Texniki Tədqiqat Universitetində mühazirə oxuyacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:33]
Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır
- 08.05.2024 [17:55]