ELM VƏ TEXNOLOGİYA


Azərbaycan alimləri Avropa Seysmoloji Komissiyasının iclasında iştirak ediblər

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

Sentyabrın 4-dən 11-dək İtaliyanın Trieste şəhərində Avropa Seysmoloji Komissiyasının 35-ci Baş Assambleyası keçirilib.

Baş Assambleyanın iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer elmləri bölməsinin akademik katibi, akademik Fəxrəddin Qədirov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və akademiyanın elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

RSXM-dən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə “2005-2015-ci illər dövründə Azərbaycanda baş vermiş güclü zəlzələlərin ocaq və dinamik parametrləri” mövzusunda məruzə dinlənilib.

RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Q. Yetirmişli ayrı-ayrı ölkələrdən olan seysmoloji təşkilatların rəhbərləri və alimlər ilə ikitərəfli görüşlər keçirib. Həmin görüşlərdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Avropa Seysmoloji Komissiyasının 35-ci Baş Assambleyası çərçivəsində, həmçinin qurum üzvlərinin toplantısı da keçirilib.

Qeyd edək ki, dünya ölkələrindən çoxsaylı seysmoloq alim və mütəxəssislərin iştirak etdikləri Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının iclasları iki ildən bir təşkilata üzv olan ölkələrdə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.