ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Moskvada keçiriləcək konfransda çıxış edəcəklər
Bakı, 4 avqust, İbrahim Əsədov, AZƏRTAC
Avqustun 17-dən 21-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Beynəlxalq Coğrafiya Konqresinin regional konfransı keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov və direktorun müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə “Xəzər dənizi sahili landşaftların transformasıyası və landşaft planlaşdırılması təcrübəsi”, “Antropogen təsirlər nəticəsində arid landşaftların deqradasiyası” mövzularında məruzələrlə çıxış edəcəklər.
Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Yaponiya, Çin, Böyük Britaniya və dünyanın digər ölkələrindən olan alimlərin qatılacaqları konfransda geniş müzakirələr aparılacaq.