ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin kitabı Moskvada nəşr edilib

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun müəlliflər kollektivinin “Dispers neft sistemlərinin mexanikası və axını” (“Mехаnika i reoloqiya neftyanıx dispersnıx sistem") kitabı Moskvada rus dilində çap olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda neft suspenziya və emulsiyalarında hidrodinamika və kütlə mübadiləsi məsələlərinin təhlili nəzərdən keçirilib. Dispers mühitdə gedən əsas hadisələrin quruluş-sistem analizi aparılıb.

Nəşr mütəxəssislər, tədqiqatçılar və tələbələr üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.