ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin məqaləsi Çində keçirilən beynəlxalq konfransın materiallarına daxil edilib

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun sektor müdiri Oqtay Ələkbərovun “Mobil hesablama buludlarında “cloudletlər”in optimal yerləşdirilməsi modeli” məqaləsi IEEE nəşriyyatının Çində “Cloud Computing and Big Data Analysis” (ICCCBDA – 2017) mövzusunda keçirilən beynəlxalq konfransın materiallarına daxil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə mobil bulud texnologiyalarının inkişaf dinamikası araşdırılıb, bu texnologiyaların üstünlükləri və istifadəsi zamanı meydana çıxan problemlər təhlil olunub. Bu texnologiyadan istifadə etməklə mobil avadanlıqların hesablama və yaddaş resurslarına olan tələbatın təmin edilməsi məsələləri tədqiq edilib. Məqalədə, həmçinin mobil hesablama buludlarında “cloudlet”lərin yaradılmasını zəruri edən amillər araşdırılıb və onların hansı baza stansiyalarının yaxınlığında yerləşdirilmə vaxtının proqnozlaşdırılması məsələsi həll edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.