MƏDƏNİYYƏT


Azərbaycan aşıqları Türkiyədə simpoziumda iştirak ediblər

A+ A

Bakı, 28 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Birliyinin təşkilatçılığı ilə “Türk dünyası aşıqlıq sənəti” simpoziumu və mədəniyyət şənliyi keçirilib. Bu möhtəşəm tədbirə Azərbaycan Aşıqlar Birliyinin (AAB) təmsilçiləri də qatılıb.

Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, tədbirdə AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərliyi ilə “Çeşmə” folklor qrupu və Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva da iştirak ediblər.

Azərbaycan, Gürcüstan, İran, Özbəkistan, Qazaxıstan və digər dövlətlərdən elm və sənət adamlarının, aşıqların, şairlərin, folklor və rəqs qruplarının qatıldığı bu möhtəşəm tədbir Qars qalasının yanından yürüşlə başlayıb.

Tədbirin rəsmi açılışında Dünya Qarapapaq Türkləri Birliyinin rəhbəri Seyfullah Türksoy keçirilən simpozium və şənliyin məramı və məqsədi barədə məlumat verib.

AAB-nin sədri, professor M.Qasımlı simpoziumda “Borçalı Qarapapaq aşıqlıq ənənəsi: dünəni və bu günü” mövzusunda elmi məruzə ilə çıxış edib.

Üç gün davam edən tədbirdə elmi məruzələrlə yanaşı, iştirakçı ölkələri təmsil edən aşıqların ifaları dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.