İDMAN
Azərbaycan atleti “Bakı-2017”də gümüş medala sahib olub
Bakı, 17 may, AZƏRTAC
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış üzrə yarışında finalında təmsilçimiz Rahib Məmmədov gümüş medala layiq görülüb. O, bu məsafəni 14,18 saniyəyə qət edib. Qızıl medalı Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad, bürünc medalı isə iraqlı Mohammed Sad Al-Xfaci əldə ediblər.
Hazırda kişilər arasında F56 kateqoriyasında lövhəatma və qadınlar arasında şüvüllə tullanma yarışlarının finalı keçirilir. Lövhə atmada ölkəmizi Oloxan Musayev, şüvüllə tullanmada isə Yelena Qladkova təmsil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]