İDMAN


Azərbaycan atleti Yelena Çebanu XV Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Yelena Çebanu bürünc medal qazanıb. Bununla da Azərbaycan millisi Rio Paralimpiadasında aktivinə 6-cı medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, atletimiz 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində rəqibləri - almaniyalı Katrin Muller-Rotqard, Kuba təmsilçisi Omara Durand və ukraynalı Oksana Boturçukaya qarşı yarışıb. Məsafəni 23,80 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.

Həlledici yarışda Kuba atleti 23,05 saniyə nəticə göstərərək qızıl medal qazanıb. Ukrayna təmsilçisi isə 23,65 saniyə nəticə ilə yarışı ikinci pillədə başa vurub.

Xatırladaq ki, Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medala layiq görülmüşdü.

AZƏRTAC-ın arayışı: Yelena Çebanu Rio Paralimpiya Oyunlarına ilk lisenziyanı ötən ilin martında Qətərdə təşkil edilən VIII Fəzza Qran-pri turnirində 400 məsafəyə qaçış yarışlarında fəxri kürsünün ən yüksək pilləsində yer almaqla qazanıb. İdmançımız Rio Paralimpiadasına ikinci lisenziyanı 2015-ci ilin sentyabrında Qətərdə keçirilən dünya çempionatında 100 metr məsafəyə qaçış yarışlarında 2-ci yeri tutmaqla təmin edib. Y.Çebanu həmin dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında isə üçüncü olaraq bürünc medalla kifayətlənmişdi.

Qeyd edək ki, indiyədək yığmamızın paralimpiyaçılarından Ramil Qasımov (cüdo, 73 kq) çempion adını qazanıb. Yelena Çebanu (atletika, 100 m), Bayram Mustafayev (cüdo, 66 kq) və Kamil Əliyev (uzunluğa tullanma) ikinci, Rövşən Səfərov (cüdo, 81 kq) isə üçüncü yeri tutub. Bununla da Azərbaycan idmançılarının ölkəmizə qazandırdıqları medalların sayı 6-ya (1 qızıl, 3 gümüş və 2 bürünc) çatıb və yığmamız komanda hesabında 31-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.