İDMAN


Azərbaycan atleti Yelena Çebanu XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib olub

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Yelena Çebanu gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, atletimiz 100 metr məsafəyə qaçış yarışlarının final mərhələsində braziliyalı Alisya de Olviere Korrea, kubalı Omara Durand və Almaniya təmsilçisi Katrin Muller-Rotqarda qarşı yarışıb.

Məsafəni 11,71 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib olub.

Kuba atleti 11,40 saniyə nəticə ilə dünya rekordunu yeniləyib və qızıl medal qazanıb. Almaniya təmsilçisi isə yarışı üçüncü pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.