İDMAN


Azərbaycan atleti dünya çempionatının finalında yarışacaq

Bakı, 8 avqust, AZƏRTAC

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün uğurlu olub.

AZƏRTAC xəbər verir ki, kişilərin üç təkanla uzunluğa tullanma yarışında iki idmançımız yarışıb. Onlardan biri Aleksis Kopello 16,89 metr nəticə göstərərək təsnifat mərhələsini yeddinci yerdə başa vurub. Bu, ona final mərhələsində mübarizə aparmaq imkanı verib. Növbəti mərhələyə adlayan 12 idmançı arasında ən yüksək nəticəni isə 17,20 metrlə ABŞ idmançısı Kris Benard göstərib. On iki idmançının iştirak edəcəyi final mərhələsi avqustun 10-da olacaq.

Digər idmançımız Nazim Babayev isə 14-cü yer tutub və həlledici mərhələyə vəsiqə qazandıran 12-ci yerdən geri qalıb.

Qeyd edək ki, komandamızın digər üzvü Hayle İbrahimov avqustun 9-da beş min metr məsafəyə qaçmaq yarışında gücünü yoxlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.