İDMAN


Azərbaycan avarçəkənlərinin “Rio-2016”nın yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr  Aleksandrov - Boris Yotov cütlüyünün yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib. Son vəsiqələrin taleyinə bu gün keçirilmiş təsəlliverici yürüşdən sonra aydınlıq gəlib. Böyük britaniyalı Conatan Uolton - Con Kollinz, bolqarıstanlı Georgi Bojilov - Kristian  Vasilev və serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç cütlükləri ilk üç yerin sahibi kimi yarımfinala adlayıblar.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, A.Aleksandrov – B.Yotov duetinin rəqiblərindən biri məhz serbiyalı cütlük olacaq. Digər rəqiblər isə Azərbaycan təmsilçilərinin seçmə yürüşdə üstələdiyi italiyalı Françesko Fossi - Romano Battisti, eləcə də litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və almaniyalı Marsel Hakker - Ştefan Krüger duetləri olacaq.

Avqustun 9-da Bakı vaxtı ilə saat 17:40-da başlanacaq yürüşün yekununda ilk üçlüyə düşənlər finala yüksələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.