CƏMİYYƏT


Azərbaycan aviatorları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakı, 2 iyun, Laçın Sultanova, AZƏRTAC

İyunun 2-si Mülki aviasiya işçilərinin peşə bayramıdır.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının, Milli Aviasiya Akademiyasının kollektivləri iyunun 2-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.