İDMAN


Azərbaycan badmintonçuları Qran-pri seriyasından olan turnirdə iştirak edirlər

Bakı, 20 iyul, AZƏRTAC

Vladivostokda badminton üzrə dünya Qran-prisi seriyasından olan “Russian Open” əsas beynəlxalq turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Rusiya, Yaponiya, Hindistan, Ukrayna, İngiltərə, Fransa, İsrail və Malayziya idmançıları iştirak edirlər. Onlar təkcə medal deyil, həm də 55 min dollar məbləğində ümumi mükafat fondunun bir hissəsi uğrunda mübarizə aparırlar.

Turnir ənənəvi olaraq beş kateqoriyada - kişi və qadınların ayrı-ayrı, cütlük və miks yarışlarından ibarətdir.

Vladivostokda 2004-cü ildən keçirilən “Russian Open” beynəlxalq turniri tezliklə populyarlıq qazanaraq dünyanın hər yerindən xeyli sayda güclü badmintonçuların qatıldığı yarışa çevrilib. Turnir Olimpiya Oyunlarına seçim mərhələlərindən biridir.

Yarışlar iyulun 23-dək davam edəcək. Bazar günündə keçiriləcək final oyunlarında turnirin qalibləri və mükafatçıları müəyyən ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.