İDMAN


Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıblar

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycanın badminton idman növü üzrə 15 yaşadək gənclərdən ibarət milli komandası (U-15) Şimalı Kiprdə keçirilən beynəlxalq turnirdə ikinci yerə sahib olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması Girne şəhərində keçirilən “XVI Dr. Fazil küçük idman oyunları” turnirində Türkiyə, Gürcüstan, Makedoniya və Şimalı Kiprin birinci və ikinci komandaları ilə qarşılaşıb.

Yarışda Azərbaycanı gənclərdən ibarət yığma komandanın məşqçisi Ceyhun Əlizadənin rəhbərliyi altında Nigar Əliyeva, Nazənin Əvesta, Negin Əvesta, Adəm Əliyev, Asiman Məsiyev və Vaqif Səfərzadə təmsil ediblər.

Yarışın nəticələrinə əsasən, Azərbaycan yığma komandası Gürcüstan (3:2), Makedoniya (4:1), Şimalı Kiprin birinci (5:0) və ikinci (5:0) komandaları üzərində qələbə qazanıb. Yalnız finalda Türkiyə komandasına 0:5 hesabı ilə məğlub olan millimiz turnirin gümüş mükafatçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.