SİYASƏT


Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur VİDEO

İstanbul, 28 may, АZƏRTAC

Mayın 28-də Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri Fatih Sultan Mehmet körpüsündən İstanbul boğazına şölə saçmağa başlayıb. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişir.

Avropa ilə Asiya arasında hərəkət edən yolçular böyük sevgi və maraqla nəhəng bir çilçırağı xatırladan körpünü maraqla seyr edir, xatirə şəkilləri çəkdirir, xoş təəssüratlarını sosial şəbəkədə paylaşır, canlı yayımlarla gördükləri mənzərənin sevincini paylaşırlar.

Qeyd edək ki, bu nadir bayram təbriki Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.