MƏDƏNİYYƏT
Azərbaycan bəstəkarlarının gənclik illərində yazdıqları əsərlər təhlil olunub
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbirin əhəmiyyətindən söz açıb.
Bildirilib ki, Azərbaycanın bır sıra bəstəkarları ilk musiqi əsərləri ilə diqqəti cəlb edərək ümumxalq sevgisi qazanıblar.
Tədbirdə mövzu üzrə çıxışlar dinlənilib və bəstəkarlarımızın gənclik illərində yazdıqları əsərlər təhlil olunub.
Balakən rayonundan muzeyə hədiyyə edilən “Tanbur” musiqi alətinin təqdimatı keçirilib.
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın rus dilində çap olunan “Nizami Gəncəvinin poemaları incəsənətin qarşılıqlı inikası kontekstində” kitabının təqdimatı olub.
Tədbirdə Qədim Musiqi Alətləri Dövlət Ansamblının ifasında görkəmli bəstəkarlarımız - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digərlərinin gənclik illərində yazdıqları əsərlər səsləndirilib.