CƏMİYYƏT


Azərbaycan beynəlxalq qadın və ədalət sammitində təmsil olunacaq

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 25-26-da İstanbulda İkinci beynəlxalq qadın və ədalət sammiti keçiriləcək. Sammitdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edəcək.

Komitədən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, nazirlər və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.

Tədbir çərçivəsində qaçqın və məcburi köçkün qadınların problemləri, qadınların məşğulluğunun təşkili kimi məsələlər müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.