CƏMİYYƏT


Azərbaycan bir çox irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak edir

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC 

Noyabrın 24-də Bakı Dövlət Universitetində (BDU) “Hüququn və hüquqi təhsilin keçid dövründə olan ölkələrin inkişafında rolu: Azərbaycan nümunə kimi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbir Bakı Dövlət Universiteti, Ədliyyə Nazirliyi nəzdində Ədliyyə Akademiyası və Alman İnkişaf Agentliyi (GİZ) tərəfindən birgə təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda bu ali təhsil müəssisəsinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanın sürətlə inkişaf edən ölkə kimi bir çox irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində iştirak etdiyini bildirib. Qeyd olunub ki, güclü hüquqi sistem sağlam investisiya iqliminin əsasını təşkil edir və BDU-nun hüquq fakültəsi bunun vacibliyini anlayaraq hüquq təhsilinin gələcək inkişaf yollarını müəyyənləşdirməyə kömək edəcək beynəlxalq konfransın keçirilməsinə qərar verib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev bildirib ki, bu tədbir inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsi ilə tanış olmağa uyğun bir platformadır. Qeyd olunub ki, konfransda BDU ilə yanaşı, Moldova Dövlət, Vilnüs Dövlət, Avropa Humanitar, Makedoniya Dövlət, Tbilisi Dövlət, Gürcüstan Azad universitetlərinin müəllimləri və Gürcüstanın Vəkillər Kollegiyasının üzvü iştirak edir. Burada hüquq təhsilindəki cari problemlər, qarşıya qoyulan məqsədlər və həmin məqsədlərə çatmaq üçün görüləsi tədbirlərin müəyyənləşdirilməsi müzakirə olunacaq.

Tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfovun, Moldova Dövlət Universitetinin professoru Olesea Plotnikin, Vilnüs Universitetinin professoru, Litvanın Hüquq İnstitutunun direktoru, professor Jurgita Pauzaite-Kulvinskienenin məruzələri dinlənilib.

Konfrans iki gün davam edəcək və hüququn müxtəlif sahələrinə dair məruzələr dinləniləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.