İDMAN


Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 23 iyun, AZƏRTAC 

İsmayıllıda velosiped idmanının şose növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın sonuncu günündə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yağışlı hava şəraitində mübarizə aparan velosipedçilər 90 kilometr məsafə qət ediblər. Finişi hamıdan tez Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped məktəbinin nümayəndəsi İvan Orlov keçib. 8 saylı Olimpiya Məktəbinin üzvləri Mikayıl Səfərli və Xankişi İsgəndərov isə 2-3-cü yerləri tutublar.

Qaliblərin mükafatlandırılması mərasimi İsmayıllı Olimpiya İdman Kompleksində baş tutub. Fərqlənən idmançılara medal və diplom, 1-ci yerin sahiblərinə isə xüsusi çempion köynəyi hədiyyə edilib.

Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində əksini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.