İQTİSADİYYAT


Azərbaycan biznesinin nümayiş etdirdiyi qiymət siyasəti əməkdaşlığın parlaq nümunəsidir

A+ A

Moskva, 8 noyabr, AZƏRTAC 

Rusiyanın Arxangelsk vilayətinin nümayəndə heyəti Azərbaycana səfərinin yekunlarını müzakirə edib.

Vilayətin qubernatoru İqor Orlovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib.

Arxangelsk vilayəti hökumətinin mətbuat xidmətinin məlumatına görə, iclasda vilayət qubernatorunun Azərbaycan hökuməti üzvləri, o cümlədən kənd təsərrüfatı naziri Heydər Əsədov ilə görüşlərindən danışılıb.

Azərbaycandan Rusiyaya məhsul idxalının mühüm əhəmiyyəti olduğunu bildirən qubernator İ.Orlov deyib: “Azərbaycanda yaxşı meyvə və tərəvəz yetişdirilir, müxtəlif məhsullar istehsal olunur. Gömrük çətinliklərinin aradan qaldırılması və nəqliyyat imkanlarının mövcudluğu yeni tədarükçülərlə əlaqələr yaratmağa imkan verir”.

Görüşdə Azərbaycandan Arxangelskə meyvə və tərəvəzin birbaşa ixracı məsələləri də müzakirə olunub.

Qubernator İqor Orlov bildirib: “Azərbaycan biznesinin nümayiş etdirdiyi qiymət siyasəti, tədarük şərtləri əməkdaşlığın parlaq nümunəsidir. Bu cür əlaqələr Arxangelsk vilayətinin Cənubi Qafqazdan məhsullarla təmin edilməsi üçün yeni imkanlar açır”.

Qubernator əməkdaşlığın təkcə kənd təsərrüfatı məhsulları ilə məhdudlaşmayacağını, əczaçılıq və turizm sahələrində də geniş potensialın olduğunu diqqətə çatdırıb.

Arxangelsk vilayəti nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına əsasən ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq sazişlərinin imzalanması barədə razılıq əldə olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.