İDMAN
Azərbaycan boksçuları AİBA-nın seminarında iştirak edirlər
AZƏRTAC xəbər verir ki, Boks Akademiyasında keçirilən tədbirdə idmançılara AİBA-nın yeni layihəsi haqda ətraflı məlumat verilir. Seminardan başqa boksçular həm də sparinqlərdə iştirak edir, məşq prossesinə qatılırlar.
APB yarışlarında 3 boksçumuz – Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) iştirak edəcək. Artıq bütün çəki dərəcələrində hansı idmançıların mübarizə aparacağı məlumdur. İkiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun gücünü sınayacağı çəki dərəcəsində görüşlər Bakıda təşkil olunacaq. Sentyabrın 17-də isə Astanadakı AİBA Boks Akademiyasında püşkatma mərasimi keçiriləcək.
APB yarışları 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.