İDMAN


Azərbaycan boksçularının “Rio-2016”dakı ilk rəqibləri müəyyənləşib

A+ A

Bakı, 5 avqust, AZƏRTAC 

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkə əsasən, Azərbaycanın 4 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Yana Alekseyevna (60 kq) ilk mərhələdən azaddır.

Digər boksçularımıza gəlincə, Rüfət Hüseynov (49 kq) namibiyalı Tulyungeleni Matias Hamunyela, Cavid Çələbiyev (56 kq) Qazaxıstan idmançısı Kayrat Yeraliyev, Loroenzo Sotomayor (64 kq) ukraynalı Volodimir Matviçuk, Kamran Şahsuvarlı (75 kq) Minqqanq Çao (Çin), Teymur Məmmədov (81 kq) Ukrayna təmsilçisi Denis Solonenko, Abdulkadir Abdullayev (91 kq) fransalı Paul Omba Bingolo, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) mərakeşli Mohammed Arjaoui ilə qarşılaşacaq.

“Rio-2016”da boks yarışlarına avqustun 6-da start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.