İDMAN
Azərbaycan boksçularının beynəlxalq turnirdəki ilk rəqibləri müəyyənləşib
AZƏRTAC xəbər verir ki, tədbirdə AİBA-nın prezidenti Çinq Ko Vu, Qazaxıstan Boks Federasiyasının prezidenti Timur Kulibayev, bu ölkənin idman və mədəniyyət naziri Aristanbek Muhammeduli və digər şəxslər iştirak ediblər.
Turnirdə hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Reytinqə əsasən, hər çəkidə iki idmançı “səpələnməmişlər” sırasında yer alıb. Azərbaycan milli komandasının üzvlərindən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) reytinqdə 1-ci, dünya çempionu Cavid Çələbiyev (56 kq) isə 2-ci olub.
M.Məcidovun ilk rəqibi rumıniyalı boksçu Mihay Nistor olacaq. M.Nistor da WSB liqasında çıxış etsə də, o hələ ki M.Məcidov ilə qarşılaşmayıb. C.Çələbiyevin ilk rəqibi isə 28 yaşlı yaponiyalı Satoşi Şimizu olacaq. S.Şimizu London Olimpiadasının bürünc mükafatçısıdır. Fariz Məmmədovun (69 kq) püşk sarıdan bəxtinin gətirmədiyini demək olar. Həmyerlimiz ilk görüşdə rusiyalı Andrey Zamkovoy ilə üz-üzə gələcək. A.Zamkovoy London Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2009-cu ilin dünya çempionatında 2-ci olub.