İDMAN


Azərbaycan boksçusu Avropa çempionatının gümüş medalına sahib olub

Bakı 25 iyun, AZƏRTAC

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Azərbaycan yığma komandasının üzvü Kamran Şahsuvarlı (75 kq) çempionatın gümüş medalına sahib olub.

AZƏRTAC xəbər verir ki, həlledici görüşədək üç rəqibinə qalib gələn Olimpiya mükafatçımız finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb və 25 yaşlı boksçumuz Avropa çempionatında ikinci yeri tutub.

Çempionatda millimizin beş üzvü dörddəbir finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya qazanıb. K.Şahsuvarlı ilə yanaşı, Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kiloqramdan yuxarı) avqustun 25-də Almaniyada start götürəcək dünya çempionatında iştirak etmək hüququna sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.