İDMAN


Azərbaycan boksçusu Cavid Çələbiyevin “Bakı-2017”də ilk rəqibi müəyyənləşib

Bakı, 12 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi müəyyənləşib. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.

AZƏRTAC xəbər verir ki, dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

C.Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.