İDMAN


Azərbaycan boksçusu IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb

Bakı, 12 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan yarışda 27 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Boks yarışının ilk günündə 60 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində boksçular rinqə çıxıblar.

Yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) çıxıb. Mübarizəyə səkkizdəbir finaldan qoşulan M.Məcidov Qazaxıstan boksçusu Nurlan Saparbay ilə qarşılaşıb. Rəqibini ikinci raundda nokdauna salan M.Məcidov yekunda 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda idmançımızın rəqibi Uosri Hafiz (Misir) olacaq. Həmin döyüş mayın 15-də keçiriləcək.

Yarışın birinci günündə boksçumuz Cavid Çələbiyevin (60 kq) rəqibi müəyyənləşib. Belə ki, mübarizəyə birbaşa dörddəbir finaldan qoşulacaq C.Çələbiyevin rəqibi səkkizdəbir finalda Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli Hakan Doğan olacaq. Bu qarşılaşma mayın 14-də baş tutacaq.

Finallar isə mayın 18-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.