İDMAN


Azərbaycan boksçusu Kamran Şahsuvarlı “Rio-2016”ya qələbə ilə başlayıb

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan boksçusu Kamran Şahsuvarlı “Rio-2016” Yay Olimpiya Oyunlarının dördüncü günündə keçirdiyi ilk qarşılaşmasını qələbə ilə başa vurub.

AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/16 final mərhələsində çinli Minqqanq Cao ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən K.Şahsuvarlı səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

K.Şahsuvarlı Rio Olimpiadasına lisenziyanı Bakıda keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində təmin etmişdi.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırıb. Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) də Olimpiadada ilk qarşılaşmalarında qələbə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.