İDMAN


Azərbaycan boksçusu Olimpiya Oyunlarının yarımfinalına yüksəlib VİDEO

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 16-da Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında Azərbaycanı təmsil edən Lorenzo Kollazo Sotomayor (64 kq) dörddəbir finalda kubalı Yasnier Toledo ilə qarşılaşıb. Təmsilçimizin rəqibi Y.Toledo “London-2012” Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

AZƏRTAC xəbər verir ki, gərgin keçən qarşılaşmanın hər üç raundunda rəqibinə qalib gələn L.Sotomayor Olimpiadanın yarımfinalına vəsiqə qazanıb.

Boksçumuz yarımfinalda Almaniya yığmasının heyətində çıxış edən erməni əsilli Artem Harutyunyan ilə qarşılaşacaq. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, boks yarışlarında daha iki idmançımız mübarizəni davam etdirir. Avqustun 17-də Bakı vaxtı ilə saat 22:30-da Elvin Məmişzadə (52 kq) dörddəbir finalda özbəkistanlı Şaxobidin Zoirov ilə qarşılaşacaq.

Avqustun 18-də isə 75 kiloqram çəki dərəcəsində boks yarışının yarımfinalında Kamran Şahsuvarlı kubalı Arlen Lopez ilə rinqə çıxacaq. Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.