İDMAN


Azərbaycan boksçusu Rusiyada beynəlxalq turnirin qalibi olub

Bakı, 10 yanvar, AZƏRTAC

Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin İdman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində “Qəbələ” idman klubu da təmsil olunub.

Qəbələ rayon bölməsinin təmsilçisi Nurlan Qasımov turnirdə uğurla çıxış edib. Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib. Turnirdə 59 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.