Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan boksçusu Teymur Məmmədov finala vəsiqə qazanıb [YENİLƏNİB] VİDEO

Yarımfinal mərhələsinin digər görüşündə Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) rusiyalı Pavel Silyagini 3:0 hesabı ilə məğlub edərək finala yüksələn ilk boksçumuz olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva arenada boksçularımızın çıxışlarını izləyiblər.

19:52

Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev (56 kq) finala gedən yolda Rusiya boksçusu Baxtovar Nazirov ilə qarşılaşıb. Görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılan boksçumuz mübarizəni yarımfinalda dayandırıb.

19:24

Qadınlar arasında boks yarışlarında 48-51 və 69-75 kiloqram çəki dərəcələrində finalçılar məlum olub. 48-51 kiloqram çəki dərəcəsində final qarşılaşmasında yarımfinalda türkiyəli Elif Coşkunu məğlub edən Böyük Britaniya boksçusu Nikola Adams ilə rusiyalı Sayan Saqatayeva üzərində qələbə qazanan polşalı Sandra Drabik üz-üzə gələcək.

Digər final görüşündə isə niderlandlı Nuşka Fontiyn və isveçli Anna Laurel Naş qarşılaşacaqlar.

18:26

“Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu gününün ikinci yarısına 48-51 kiloqram çəki dərəcəsində çıxış edən türkiyəli qadın boksçu Elif Coşkun və Böyük Britaniya idmançısı Nikola Adams arasında baş tutan görüşə start verilib.

Axşam saatlarında Azərbaycanın daha iki boksçusu rinqə çıxacaq. Əvvəlcə, Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev (56 kq) mübarizəyə qoşulacaq. Onun rəqibi Rusiya boksçusu Baxtovar Nazirov olacaq. Digər idmançımız - Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun (81 kq) yarımfinaldakı rəqibi Rusiya boksçusu Pavel Silyaqin olacaq.

Axşam seansında yarımfinal mərhələsi çərçivəsində beş çəki dərəcəsində ümumilikdə 10 görüş keçiriləcək.

Kişi boksçularımızdan biri Avropa Oyunlarında iştirakını dayandırıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) üz nahiyəsindən aldığı ciddi zədə səbəbindən yarımfinal görüşünə çıxmayacaq. Boksçumuzun bir müddət yarışlardan kənarda qalacağı bildirilir. Belə olan halda onun rəqibi Qasan Qimbatov birbaşa olaraq finalda iştirak etmək hüququ qazanıb.

M.Rəsulov yarımfinala adlamaqla bürünc medalı təmin edib.

15:09

“Baku Crystal Hall”da boks yarışlarının doqquzuncu gününün ilk yarısının qarşılaşmaları başa çatıb.

Rinqə Azərbaycanın iki idmançısı çıxıb. Əvvəlcə, günün ilk qarşılaşmasında 57-60 kiloqram çəki dərəcəsində boksçumuz Yana Alekseyevna dörddəbir finalda Rusiya təmsilçisi Zinaida Dobrininanı 3:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor ilə qarşılaşacaq.

Kişi boksçularımızdan ilk olaraq mübarizəyə qoşulan Xaybula Musalov (75kq) azarkeşləri sevindirməyi bacarıb. Dörddəbir finalda boksçumuz Kazan universiadasının qalibi belaruslu Vitali Bandarenkadan üstün olub -3:0. Onun yarımfinaldakı rəqibi macarıstanlı Zoltan Harcsa olacaq.

Səhər seansının yaddaqalan görüşlərindən biri 57-60 kiloqramda isveçli İda Lundblad və “Bakı-2015”in idman elçisi, irlandiyalı Keti Teylor arasında baş tutub. İrlandiyalı Olimpiya çempionu rəqibinə heç bir şans verməyib – 3:0.

Digər qarşılaşmalarda isə Rusiya, İrlandiya, Macarıstan və Ukrayna və Xorvatiya idmançıları qalib gələrək medallar uğrunda mübarizələrini davam etdirmək imkanı əldə ediblər.

14:32

İyunun 24-də “Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu gününün ilk yarısında keçirilən görüşlərdən sonra Azərbaycan boksçularının yarımfinallardakı rəqiblərin adlarına aydınlıq gəlib.

Qadın boksçularımızdan Anna Əlimərdanova (51-54 kq) rusiyalı Yelena Saveleva, Yana Alekseyevna (57-60kq) isə Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor ilə görüşəcək.

Kişi boksçularımıza gəlincə, 52 kiloqramda çıxış edən Avropa çempionatının bürünc medalçısı Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Touba ilə qarşılaşacaq. Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyevin rəqibi Rusiya boksçusu Baxtovar Nazirov olacaq. Altımış kiloqram çəki dərəcəsində mübarizə aparan Albert Səlimov finala gedən yolda irlandiyalı Sin Makkomb ilə üz-üzə gələcək. İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (64 kq) isə ukraynalı Viktor Petrov ilə münasibətlərinə aydınlıq gətirəcək. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) final yolunda Böyük Britaniya boksçusu Yoş Kellini məğlub etməlidir. Digər boksçumuz Xaybula Musalov (75 kq) bu mərhələdə macarıstanlı Zoltan Harcsanı sınağa çəkəcək. Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun (81 kq) yarımfinaldakı rəqibi rusiyalı Pavel Silyaqin olacaq.

Ağır çəki dərəcələrində çıxış edən boksçularımız - Abdulqadir Abdullayev (91 kq) və Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yarımfinaldakı rəqibləri Rusiya idmançıları olacaqlar. Dəri əlcək ustalarımız müvafiq olaraq Sadam Maqomedov və Qasan Qimbatov ilə görüşəcəklər.

13:54

Kişi boksçularımızdan ilk olaraq mübarizəyə qoşulan Xaybula Musalov (75 kq) azarkeşlərimizi sevindirib. Boksçumuz dörddəbir finalda Kazan universiadasının qalibi belaruslu Vitali Bondarenkadan üstün olub -3:0. Onun yarımfinaldakı rəqibi polşalı Kamil Qardzielik - macarıstanlı Zoltan Harcsa görüşünün qalibi olacaq.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər arenada görüşü izləyiblər.

13:19

Bakı, 24 iyun, A.Yadigarov, S. Allahverdiyeva, AZƏRTAC

İyunun 24-də “Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu günü Azərbaycan idmançılarının qələbəsi ilə başlayıb.

Günün ilk qarşılaşmasında 57-60 kiloqram çəki dərəcəsi üzrə dörddəbir finalda boksçumuz Yana Alekseyevna Rusiya təmsilçisi Zinaida Dobrininanı 3:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, qızıl medal uğrunda döyüşdə Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor ilə qarşılaşacaq.

Bu gün 48-51, 57-60, 69-75 kiloqram çəki dərəcələrində qadın, 46-49, 56, 75, 81 və 91 çəki dərəcələrində isə kişi boksçular rinqə çıxacaqlar.

Kişi boksçularımızdan Tayfur Əliyev (56 kq), Xaybulla Musalov (75 kq) və Teymur Əliyev rinqə çıxacaqlar.

Gün ərzində ümumilikdə 18 görüş keçiriləcək.

Azərbaycan boksçusu Teymur Məmmədov finala vəsiqə qazanıb [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı