İDMAN


Azərbaycan boksçusunun peşəkar rinqdə debütü uğurlu alınıb

A+ A

Bakı, 1 avqust, AZƏRTAC 

Azərbaycanın və “Qəbələ” idman klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.

AZƏRTAC xəbər verir ki, idmançımız ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib. Ağır çəki dərəcəsində çıxış edən boksçumuz “Riqa Arena”da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib.

Altı raund davam etməli olan görüş ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Z.Atakişiyev birinci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.