Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan brendi ilə xarici bazarlara çıxarılacaq qeyri-neft sektoru məhsullarının artırılması imkanları

Azərbaycan brendi ilə xarici bazarlara çıxarılacaq qeyri-neft sektoru məhsullarının artırılması imkanları

Bakı, 24 aprel, Xatirə Cəfərova, AZƏRTAC

Azərbaycanda son dövrdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün geniş həcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda fərman və sərəncamları verilib, dövlət proqramları, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb. Xüsusi olaraq Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” ölkəmizdə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan strateji sənəddir. Bu strategiya Azərbaycanda qeyri-neft sektorunun mövcud durumunu, inkişaf potensialını, qeyri-neft sektorunun inkişafında hökumətin rolunu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formalarını, bu əməkdaşlığın uğurla həyata keçirilməsi metodlarını və bir sıra digər mühüm inkişaf istiqamətlərini əks etdirən çox vacib sənəddir.

Bunu AZƏRTAC-a Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev bildirib.

Alim deyib ki, hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə bir qrup dövlət dəstəyi mexanizmləri işlənib hazırlanıb və reallaşdırılıb. Belə ki, regionların inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarının dəstəklənməsi məqsədilə iri infrastruktur layihələri həyata keçirilib, lizinq yolu ilə texniki təminat təşkil edilib, gübrələrlə təchizat sistemi yaradılıb, inşaat, turizm, informasiya texnologiyaları, anbarlar istifadəyə verilib, yollar çəkilib, modern müəssisələr istismara verilib, biznes layihələri üzrə güzəştli kreditlər ayrılıb və s. stimullaşdırıcı tədbirlər görülüb. Bütün bunlara baxmayaraq, qeyri-neft sektoru hələlik davamlı və yüksək artım sürəti toplaya bilməyib, ölkənin neftdən asılılığının əhəmiyyətli azaldılmasını təmin etməyib və rəqabətqabiliyyətliliyi baxımından mövcud problemləri tam həll edə bilməyib.

Ölkə Prezidenti aprelin 17-də Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelin əsas hədəflərini açıqlayıb.

Azərbaycanın beynəlxalq miqyaslı ən mühüm və strateji vəzifələrindən biri də xarici ticarət dövriyyəsinin diversifikasiyalaşdırılmasıdır. Ölkə ixracının quruluşunda rəqabətqabiliyyətli ixrac məhsullarının çeşidinin məhdudluğu ciddi problem olaraq qalmaqdadır. Belə ki, hazırda qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-dək çeşiddə şərab, meyvə tərəvəz, çay, şirələr, mineral sular, tekstil və digər məhsulları dünya bazarlarına çıxarılır.

Bundan başqa bir çox ənənəvi sənaye sahələrinin ixrac potensialından (kimya, neft və neft-kimya maşınqayırması, metallurgiya və s.) zəif istifadə olunması davam edir. Güclü ixrac potensialına və bu sahədə beynəlxalq müqayisəli üstünlük komponentlərinə malik olan bir sıra kənd təsərrüfatı və aqrosektor məhsullarının ixrac potensialının cüzi bir hissəsi dövriyyədədir (təzə tərəvəz və meyvələr, üzüm şərabı, bitki yağları və s). Ölkənin qeyri-neft sektorunun ixrac potensialının ümumi vəziyyəti ilə onun mövcud potensialı arasında xeyli fərq qalmaqdadır. Bu sahənin inkişafının sürətləndirilməsi, ixracın tənzimlənməsi, stimullaşdırılması tədbirlərinin, dövlət dəstəyi mexanizmlərinin mövcudluğuna baxmayaraq, bu işlərin səmərəliliyi aşağıdır və s.

Prezident İlham Əliyev göstərir ki, qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün, ilk növbədə, milli iqtisadiyyatın özünün diversifikasiyalaşdırılması və modernləşdirilməsi prosesləri başa çatdırılmalı, innovasiyalaşdırılması sürətləndirilməlidir. Bundan əlavə, qeyri-neft sektorunun ölkənin təbii resursları və iqtisadi amilləri nəzərə alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi zərurəti diqqəti cəlb edir.

Azərbaycanın qeyri-neft sektorunun inkişaf meyilləri, onun ixrac potensialından istifadənin tənzimlənməsi problemləri, xarici ticarətin strukturunun diversifikasiyalaşdırılması, ixracın, xüsusilə, qeyri-neft ixracının stimullaşdırılması, ixrac əməliyyatlarının sadələşdirilməsi, genişləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi ilə sıx bağlıdır.

Hazırda dünyada olan qabaqcıl təcrübə öyrənilir, respublikamızda investisiyanın və ixracın təşkili sistemləri tətbiq edilməyə başlanılıb. Prezident İlham Əliyevin investisiyaların tətbiqi, sənayenin inkişafı, ixracın stimullaşdırılması ilə bağlı müvafiq Fərmanı ”Vergi” və “Gömrük” məcəlləsində dəyişikliklərə, güzəştlərə səbəb olub. Belə ki, sahibkarlar ƏDV, əmlak vergisi, torpaq vergisindən yeddi il azad ediliblər. Mənfəətin 50 faizi yeddi il müddətinə vergidən azad edilib. Bu isə sahibkarlarda ixracı artırmaq üçün stimul yaradıb.

Azərbaycanda qeyri-neft sektorunun müasir vəziyyəti bu sahənin diversifikasiyalaşdırılmasının intensivləşdirilməsi ilə xarakterizə edilsə də, təəssüf ki, bu proseslər sektorun potensialının cüzi bir hissəsi kimi çıxış edir. Qeyri-neft sektorunun ölkə ümumi daxili məhsulundakı (ÜDM) və digər makroiqtisadi göstəricilərdə artım dinamikasının intensivləşdirilməsi üçün, ilk növbədə, bu sahənin ixrac potensialının genişləndirilməsi zəruridir. Buna görə də yerli sahibkarlar güzəştli kreditlər, metodik tövsiyələrdən, infrastruktur layihələrindən səmərəli istifadə etməlidirlər.

Hazırda ölkəmizdə qeyri-neft sektorunda istehsal edilən bəzi məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilir. Respublikamızdan ixrac edilən məhsullar alıcıların geniş marağına səbəb olub. Belə ki, artıq gələcəkdə “Made in Azerbaijan” adı altında istehsal və ixrac olunan məhsullar dünya bazarında layiqli yerini tutacaq. Məhz buna görə də respublikada ayrı-ayrı qeyri neft sektoru sahələrinin ciddi potensiala malik ixracyönümlü məhsulların istehsalının təşkili və xarici bazarlara çıxarılması məsələləri diqqətlə öyrənilməli, dünya təcrübəsinin tətbiqinə geniş yer verilməli, milli iqtisadiyyatın inkişaf xüsusiyyətləri nəzərə alınmalı, ölkənin xarici ticarət konsepsiyasının daha işlək, səmərəli fəaliyyət mexanizmləri hazırlanmalı və həyata keçirilməlidir.

Bu məqsədlə xarici ölkələrdən ixrac ediləcək məhsullara sifarişlərin qəbul edilməsi ilə bağlı “Azeksport” portalı fəaliyyət göstərir. Bu isə Azərbaycan məhsullarını dünya ölkələrinə tanıtdırmaqda mühüm rol oynayır.

Hazırda Azərbaycan brendi ilə “Gilan construction materials” qrupunun, “AzNar” konserninin, Azərbaycan şərabları, konservləri, balıq kürüsü, qoz, fındıq, çay, şirniyyat məhsulları xarici ölkələrə ixrac edilir. Gələcəkdə xarici ölkələrin həmin məhsullara tələbatı bu çeşidin daha da çoxaldılmasına səbəb olacaq.

Ölkəmizdə bir çox rəqabətqabiliyyətli kənd təsərrüfatı və aqrar sektor məhsullarının artırılması potensialından zəif istifadə olunur. Azərbaycanda yetişdirilməsi, saxlanılması və ixracı üçün hazırda münbit şəraiti olan bir qrup kənd təsərrüfatı və aqrar sektor məhsullarının (təzə tərəvəz, təzə meyvə, kartof, pambıq, çay, piylər və yağlar, üzüm şərabı, bitki yağları və s.) ixrac həcminin artırılması potensialından zəif istifadəni qeyd etmək olar. Məhz buna görə də bu sahədə ixrac potensialının daha obyektiv qiymətləndirilməsi və səmərəli ixrac istiqamətlərinin müəyyənləşdirilməsi problemləri həll edilməlidir.

Ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə 150 min hektar torpaq sahəsinin dövriyyəyə cəlb edilməsi, 32 aqroparka, o cümlədən 12 heyvandarlıq kompleksinə, 20 iri bitkiçilik kompleksinə 1,2 milyard manat investisiya qoyulub. Bütün bunlar isə son dövrdə bəhrəsini verir.

Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı məsələləri “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə özünün geniş izahını tapıb. Burada göstərilir ki, adambaşına qeyri-neft ixracı 2025-ci ildə 450 ABŞ dolları təşkil edəcək. Bu isə üç dəfə artım deməkdir. Belə ki, dövlət başçısı ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə üç milyon manat vəsait ayırıb. Bu vəsait ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə dəstəyi rolunu oynayır.

Hazırda Azərbaycan məhsullarının xarici ölkə bazarlarına çıxarılması üçün reklam, marketinq məsələlərinə xüsusi diqqət yetirilir. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə, yeni məsələlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər olmasına, sərgilərin təşkili, ixracla əlaqəli çəkilən xərclərin dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulur. Bu işlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPROMO) həvalə edilib. Bu işdə məhsulların beynəlxalq sərgi və yarmarkalarının təşkili, KİV-lərdə reklamların aparılması olduqca vacibdir. Bundan əlavə Azərbaycan məhsullarının xarici ölkələrin mağaza şəbəkələrinə və rüsumsuz ticarət mağazalarına çıxışını təmin etmək üçün vəsaitlər dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda qarşıda qoyulan əsas vəzifə qlobal iqtisadi mühitdə xam neft, təbii qaz ixracının verdiyi maliyyə imkanlarından bəhrələnərək, geniş çeşidli, dayanıqlılıq və rəqabətqabiliyyətlilik meyarlarına söykənmiş qeyri-neft malları ixracı potensialının yaradılmasıdır. Başqa sözlə, “ixrac strategiyasının qurulması zamanı karbohidrogen və qeyri-karbohidrogen ixracının optimal tarazlaşdırılması vacib şərtdir” prinsipi nəzərə alınmalıdır. Bu məqsədlə, Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının genişləndirilməsi yollarının çoxvektorluluğu əsas prioritet kimi götürülməlidir.

Nəhayət, göstərilən problemləri həll etmək üçün ixracyönümlü müəssisələrin yaradılmasının dəstəklənməsi, prioritet ixrac bazarlarında ticarət evlərinin açılması və ticarət nümayəndələrinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması məsələləri davam etdiriləcək. Bütün bunlar isə sonda ölkə əhalisinin məşğulluğunun təmin edilməsi və maddi rifahının yaxşılaşmasına səbəb olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar