İQTİSADİYYAT


Azərbaycan bu il 5 ölkəyə ixrac missiyası təşkil edəcək

Bakı, 14 fevral, Elvin Camalov, AZƏRTAC

Azərbaycan 2017-ci ildə Rusiya, ABŞ, Qətər, Qazaxıstan və Çinə 5 ixrac missiyası təşkil etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov “İxracatçılar Klubu”nun və Amerika Ticarət Palatasının (Amcham) birgə görüşündə deyib.

O bildirib ki, cari ildə Almaniya, Əfqanıstan və Pakistana ixrac missiyaları təşkil olunub. Daha beş missiyanın təşkil edilməsi planlaşdırılır. Belə ki, ixrac missiyalarının fevralın 25-28-də Qətərə, aprel ayında Qazaxıstana, mayda Rusiyaya, iyunda ABŞ-a və Çinə təşkil edilməsi nəzərdə tutulub.

R.Məmmədov xatırladıb ki, Azərbaycan 2016-cı ildə Çinə iki, Birləşmiş Ərəb Əmirliklərinə bir ixrac missiyası təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.