CƏMİYYƏT


Azərbaycan bütün dünyada tolerantlıq örnəyi kimi tanınır

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tolerantlığın Azərbaycan modeli” mövzusunda elmi seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali təhsil ocağının prorektoru, dosent Səadət Qəndilova Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixi barədə məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən cari ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bu uğurlu siyasətin bariz nümunəsidir. Ölkəmizin bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını deyən prorektor multikulturalizmin Azərbaycan modelinin dünya üçün nümunə olduğunu qeyd edib.

Müasir dövrdə ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsindən danışan Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov diqqətə çatdırıb ki, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, respublikamızda hər bir vətəndaşa həmişə bərabər münasibət göstərilib. O, milli dəyərlərin qorunub saxlanılması üçün davamlı olaraq yeni proqram və layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Seminarda UNEC-in professoru Zakir Məmmədəliyev, texnologiya və dizayn fakültəsinin tələbəsi Cəmilə Abdullayeva çıxış edərək xalqımızın tolerant və multikultural dəyərlərə verdiyi qiymətdən, bu sahədə dövlətin yürütdüyü siyasətdən və gənclər tərəfindən həyata keçirilən layihələrdən söz açıblar.

Mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.