İQTİSADİYYAT


Azərbaycan cari ilin birinci yarısında Gürcüstan iqtisadiyyatına 282,5 milyon dollar sərmayə yatırıb

A+ A

Tbilisi, 26 oktyabr, AZƏRTAC

Azərbaycan hər il Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmini artırır. Cari ilin birinci yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 282 milyon 500 min dollar sərmayə yatırıb.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan xarici işlər nazirinin müavini Qiqi Qiqiadze deyib.

Nazir müavini bildirib ki, 2015-ci ildə Azərbaycan Gürcüstana 550 milyon dollar sərməyə yatırıb ki, bu da 2014-cü illə müqayisədə 61 faiz çoxdur.

Onun sözlərinə görə, SOCAR Azərbaycanın Gürcüstandakı ən böyük investorudur. Şirkətin Gürcüstan ərazisində 114 yanacaqdoldurma stansiyası və dünya bazarına neft və neft məhsullarını ixrac edən Kulevi limanında neft terminalı var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.